İyulda 61 nəfəri gün vurub, 13 nəfəri əqrəb sancıb
"İyul ayında 1 saylı Kliniki Tibbi Mərkəzə 3-ü azyaşlı olmaqla 14 nəfər zəhərlənmə ilə bağlı müraciət edib. 13 nəfəri sarı əqrəb, bir nəfəri isə qaraqurd sancıb".
Bu barədə APA TV-yə xəstəxananın Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
Xoşbəxtlikdən ölüm hadisəsi olmasa da, hazırda xəstəxanada birİ uşaq olmaqla, iki nəfərin müalicələsi davam etdirilir. Azyaşlının vəziyyəti stabil-ağır, digərinin vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir. Bundan başqa xəstəxanaya 4 nəfər sirkə turşusu, 7 nəfər isə müxtəlif dərmanların verdiyi allergik reaksiyalarla müraciət edib. Həmin xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildiriblər ki, 1 ay ərzində gün vurma ilə bağlı 61 nəfər müraciət edib, onlardan 21 nəfəri xəstəxanaya yerləşdirilib.