Qaxın daha bir kəndinə ilk dəfə təbii qaz verildi

Qax rayonunun daha bir kəndinə ilk dəfə təbii qaz verilib. APA TV-nin məlumatına görə, Qax rayonunun Cəlayir kəndinə keçən ilin ikinci rübündən başlanan yeni qaz xətti çəkilişi başa çatıb. Bu münasibətlə təşkil edilən açılış mərasimində kənd sakinləri ilə bərabər, Qax Rayon İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak edib. Bildirilib ki,rayonun 59 yaşayış məntəqəsindən 12-i artıq qazlaşdırılıb. Bu isə abonentlərin 54 faizini təşkil edir. Hazırda Cəlayir kəndində 305 abonentlə müqavilələr bağlanaraq sayğacla təmin edilib. 

 

Çıxışlardan sonra kəndə təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb. Təbii qazın evdə yandırılmasına baxış keçirilib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov