Sarayda kanala düşən maşından sürücünün meyiti çıxarıldı
Saray qəsəbəsində avtomobil kanala düşüb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.
Hadisə yerinə çatan FHN -nin əməkdaşları avtomobilin sürücüsü - 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 05:02-də başa çatıb.