Bakının tanınmış CİBGİRLƏRİNDƏN BİRİ İŞ BAŞINDA YAXALANDI

Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları Bakıda 46 və 95 saylı marşrutlarda cibgirliklə məşğul olan Qusar rayon sakinini yaxalayıblar. Bu, Kərimov Vadik Camiddin oğludur. O, bir necə cibgirllik faktında təqsirləndirilir. APA TV-nin xəbərinə görə, hadisə yerində tutulub polis bölməsinə gətirilərkən etdiyi cinayətlərdən yalnız ikisini boynuna alıb.

 

Özünün dediyinə görə, cibgirliklə məşğul olmasına səbəb himayəsində azyaşlı uşağının olması və dolana bilməməsidir. Lakin istintaq müəyyən edib ki , Kərimov "Metex" firmasında işləyir, dolanışıq cəhətdən də elə bir sıxıntısı olmayıb. Axşam işdən cıxan kimi 95 və 46 saylı marşrutlarda cibgirliklə məşğul olub. Oğurladığı telefonlardan birini kənddəki bacısına  bağışlayan Vadiki azı 3 il azadlıqdan məhrum etmə cəzası gözləyir. Faktı Xətai polis idarəsinin istintaq şöbəsi araşdırır. 

Müəllif | Apa.Tv