ABŞ-da məktəbdə partlayış: ölən və yaralananlar var
ABŞ-ın Minneapolis şəhərində məktəbdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
APA TV-nin “Associated Press”ə istinadən verdiyi məlumata görə, bundan əvvəl qismən dağılan məktəbdə iki nəfərin itkin düşdüyü bildirilirdi. Son məlumata əsasən, itkin düşənlərdən birinin meyiti aşkarlanıb. Hadisə nəticəsində yaralanan 9 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
Yay tətilinə baxmayaraq, təhsil müəssisəndə çoxlu sayda müəllim və şagirdin olduğu bildirilir. Məlumata görə, məktəbdə yay kursları və müxtəlif idman seksiyaları fəaliyyət göstərir.