Lənkəranda avtomobil körpüdən aşdı, 5 polis ağır yaralandı
Lənkəranda avtomobil körpüdən aşıb, 5 nəfər xəsarət alıb. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Osaküçə kəndi ərazisində qeydə alınıb. Masallı sakininin idarə etdiyi ”Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dağlıq ərazidə körpüdən aşıb.
Qəza nəticəsində maşında olan 5 nəfər ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılar Masallı rayon sakinləri, 33 yaşlı Vüsal Məmmədov, 31 yaşlı Əlizamin Rızayev, 34 yaşlı Elşad Məmmədov və 29 yaşlı Fərrux Niftiyevdir.
Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzaya düşən şəxslərin Masallı mühafizə polisinin əməkdaşları olduğu bildirilir. Qəzanın dəqiq səbəbi məlum deyil, faktla bağlı araşdırma aparılır.