Ağdaşda "Jiquli" ağaca çırpıldı, sürücü ağır xəsarət aldı
Ağdaşda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə bu gün saat 14.00 radələrində Ağdaş-Qəbələ yolunda qeydə alınıb.
Ağdaş rayon Dəhnə kənd sakini, 26 yaşlı Həbişov Valeh Ruzigar oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 32 BC 199 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca və daha sonra hasara çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.