Somalidə avtomobilin partladılması zamanı ölənlər və yaralananlar olub
Somalinin paytaxtı Moqadişuda xəstəxananın yaxınlığında minalanmış avtomobil partladılıb.
APA TV-nin verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
İyulun 30-da Moqadişuda polis məntəqəsi qarşısında törədilən partlayş nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanmışdı.
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.