“Fövqəladə hallarda özünü necə aparmalı?”
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi Şirvan Türk liseyində “Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli?” və “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzularında maarifləndirmə tədbiri keçirib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, maarifləndirmə çıxışlarından sonra müəllim və şagirdlərə əyani təlimlər keçirilib. Təlimdə iştirak edən müəllim və şagirdlərə yanğın zamanı yanğınsöndürən balonlardan istifadə qaydaları izah olunub. Təlimdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Yanğından Mühafizə xidmətinin və Muğan Regional Mərkəzinin məsul şəxsləri iştirak edib.