Bakıya toya gələnlər Hacıqabulda xəstəxanaya aparıldı - "MERCEDES" AŞDI
Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistral avtomobil yolunun 113-cü km-də, Hacıqabul rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı 99 DZ 817 dövlət nömrə nişanlı "Mersedes-Benz" markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Qubad oğlu Əzizov, sərnişinlər, Beyləqan rayon sakinləri - 1939-cu il təvəllüdü Şirinalı Sərdar oğlu İmanov, 1959-cü il təvəllüdlü Aidə Rəşxan qızı İmanova və bir nəfər azyaşlı xəsarət alıb.
Yaralılar əsasən döş qəfəsinin əzilməsi və müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza zamanı xəsarət alan şəxslər Beyləqandan Bakıya toy mərasiminə gedirlərmiş.