"Hizbullah" lideri: "İŞİD-i məhv edənə qədər döyüşəcəyik"
"Hizbullah" qruplaşması olaraq İŞİD-ə qarşı mübarizədə iştirak edəcəyik"
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu təşkilatın lideri Şeyx Həsən Nəsrullah bəyan edib.
O deyib ki, terrorçulara qarşı mübarizədə "Hizbullah" Suriya ordusu ilə birlikdə hərəkət edəcək.
"İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriya cəbhəsi açılacaq və ordu ilə bərabər "Hizbullah" da həmin cəbhədə terrorçulara qarşı mübarizədə iştirak edəcək" - deyə, Nəsrullah söyləyib.
Bir qədər əvvəl 9 minə yaxın döyüşçünün Livan-Suriya sərhədini tərk edəcəyi ilə bağlı "Ən-Nüsra Сəbhəsi" və "Hizbullah" arasında razılaşma əldə olunub.
Qeyd edək ki, Suriya və İraqdakı ciddi məğlubiyyətlərdən sonra İŞİD silahlıları Livanın Suriya sərhədinə yaxın hissəsində cəmləşməyə başlayıb.