APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Ağstafa rayonunun Yuxarı Göyçəli kənd sakini, 32 yaşlı Şəlalə Qasımova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, ölümə səbəb 7 aylıq hamilə olan Ş.Qasımovanın bətnində uşağın ölməsi nəticəsində qanaxmanın baş verməsi göstərilir.