Tornado şəhəri dağıtdı - HADİSƏ YERİNDƏN
ABŞ-ın Oklahoma ştatında baş verən dağıdıcı tornado nəticəsində 30 nəfər xəsarət alıb.
APA TV-nin "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət Talsa şəhərində qeydə alınıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Eyni zamanda təbii fəlakət Talsa şəhərində təxminən 11 min evin elektrik enerjisi kəsilməsinə səbəb olub, yaşayış evləri və müxtəlif tikililərə ciddi ziyan dəyib.
Qeyd edək ki, hadisə nəticəsində ölənlərin olmadığı bildirilir.