ABŞ dövlət katibi: "Rusiya cavabını alacaq"
ABŞ Rusiyanın ölkədəki amerikalı diplomatlarının sayının azaldılması ilə bağlı qərarına cavab verməyə hazırlaşır. APA TV-nin "Associated Press"ə istinadən məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi bəyanat verib.
Moskvaya xəbərdarlıq edən Reks Tillerson bildirib ki, sözü gedən məsələ ilə bağlı sentyabrın 1-ə qədər konkret addım atacaq.
Moskvaya xəbərdarlıq edən Reks Tillerson bildirib ki, sözü gedən məsələ ilə bağlı sentyabrın 1-ə qədər konkret addım atacaq.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun sanksiyalarından sonra ölkədəki ABŞ diplomatlarının sayını 455-ə qədər azaldıb. Həmin şəxslər Moskvadakı səfirliyin, Sankt-Peterburq, Yekaterinburq və Vladivostokda fəaliyyət göstərib.