33 yaşlı kişini evinin qarşısında bıçaqladılar - BAKIDA
Gecə saatlarında Bakının Sabunçu rayonunda bıçaqlanma faktı qeydə alınıb.
APA TV-nin məlumatına görə, hadisə Asəf Əsədullayev küçəsi 4 ünvanında baş verib. Məlumata görə, paytaxt sakini, 1984-cü il təvəllüdlü Əliyev Heybət Telman oğlu yaşadığı ünvanın yaxınlığında hələlik istintaqa məlum olmayan şəxslərlə mübahisə edib. Mübahisə nəticəsində isə ona çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Çoxlu qan itirən 33 yaşlı H.Əliyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu deyilir.