Qusar rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, rayonun Ləcət kənd sakini, 2006-cı il təvəllüdlü Niftəliyev Ramid Bəhruz oğlu kanalda çimərkən boğulub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub. Uşağın meyiti sudan çıxarılıb.