Xidmət rəisi: "Ünvanlı sosial yardımın verilməsində ŞƏFFAFLIQ OLMAYIB "

"Ünvanlı sosial yardımın təyinatı və ödənilməsində heç də şəffaflıq təmin olunmayıb. Neqativ hallar var. Bu hamıya məlumdur ".

 

APA TV-nin xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Xidmət rəisi Çingiz Əliyev deyib. Onun sözlərinə görə, neqativ halların aradan qaldırılması ilə bağlı  əhaliyə müraciət edib: "Bu günə qədər ünvanlı sosial yardım təyin olunmuş şəxslərin aztəminatlı təbəqəyə aid olanlara deyil, imkanlı ailələrdən alan varsa, bunları təyin etmək istəyirik. Yardımı almaq üçün müraciət edib bu və ya digər səbəbdən o yardımı onlara təyin etməyənləri kömək vasitəsi ilə aşkar etmək istəyirik".

 

Xidmət rəisi bildirib ki, bu ilin oktyabr ayında ünvanlı sosial yardım təyinatı ailələr üzrə 15150 olub: "Hazırda noyabr ayı üzrə təyinatlar gedir. Artıq Əhalinin Sosial Müdafiə mərkəzləri üzrə təyin olunmuş limit aradan götürülüb. Hazırda bu günə qədər 13 459 təyinat aparılıb. Əhalinin Sosial Müdafiəsi mərkəzlərindən daxil olan məlumatlara əsasən, noyabr ayında ünvanlı sosial yardım alanların sayının 21 500 olması nəzərdə tutulur ".

 

Onun sözlərinə görə, əhali sayının çox olduğu rayonlarda ünvanlı sosial yardım üçün təyinatlar azlıq təşkil edir. Xidmət rəisi bildirib ki, təyinat üzrə orta məbləğ 125 manat təşkil edəcək. 

 

Müəllif | Apa.Tv