Azərbaycan və Türkmənistan strateji müttəfiqlik Bəyannaməsi imzaladı
Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib. APA TV-nin məlumatına görə, İlham Əliyev və Qurbanqulu Berdımühəmmədov “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.
Bundan başqa iki ölkə arasında dəmiryolu nəqliyyatı, vergilər, dəniz ticarət gəmiçiliyi, baytarlıq, müəllif hüquqlarının qorunması, mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, ətraf mühitin mühafizəsi, mədəniyyət, energetika sahəsində əməkdaşlıq, iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sazişləri imzalanıb.