Parisdə naməlum şəxs hərbçiləri maşınla əzdi - YARALILAR VAR
Parisdə naməlum şəxs maşını hərbçilərin üstünə sürüb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə səhər saatlarında baş verib.
Paytaxtın şimal hissəsində kazarmadan çıxan 8 hərbçinin üstünə anidən avtomobil sürülüb. Onlardan altısının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxs maşınla birlikdə ərazini tərk edib.
Araşdırma başlanılıb, hadisənin terror aktı olub-olmadığı araşdırılır.