Azərbaycanlıların Rusiyadan KÜTLƏVİ QAYIDIŞI davam edir

Rusiyada həmyerlilərimizin çalışdığı bazarların bağlanması və qeyri-ruslara qarşı hücumların artması səbəbindən azərbaycanlıların vətənə qayıdışı davam edir. Rusiyadan qayıdan həmyerlilərimizin APA TV-nin Şimal bürosuna verdiyi məlumata görə, Moskvada və Sankt Peterbuqda miqrantlar üçün yaşamaq daha çətindir.

 

Xaçmaz Dəmiryol Stansiyasından verilən məlumata görə, son vaxtlar Rusiyaya getmək üçün bilet alanların sayı azalıb. Rusiyadan Azərbaycana qayıdanlar isə çoxdur.

 

Müəllif | Apa.Tv
Vəli Turan