"Mercedes" "KamAZ"la toqquşdu: sürücü hadisə yerində keçindi
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobilinin "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində minik maşınının sürücüsü Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Elçin Həsənov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.