Permdə azərbaycanlılara məxsus KAFEYƏ BASQIN OLUB

Perm Mərkəzi bazarında azərbaycanlılara məxsus “Nadejda” kafesinə basqın olub. Bir neçə gün əvvəl baş verən basqının müşahidə kamerasından götürülmüş görüntüləri yayımlanıb. Şahidlərin sözlərinə görə, 20-yə yaxın şəxs kafedə dava salıb və Azərbaycan vətəndaşını vəhşicəsinə döyüblər. Hadisə yerinə gələn polislər davanı sakitləşdirmək üçün tabel silaha əl atmalı olublar. APA TV-nin xəbərinə görə, kadrlarda uniforma və mülki geyimdə olan idmançı görkəmli şəxslərin əllərində dəyənək və elektrik şoku ilə kafeyə girdikləri və dava saldıqları görünür. Bu zaman kafedə olan şəxslər tələsik kafeni tərk edirlər. Döyülən azərbaycanlıya ilkin tibbi yardım göstərilib, onun qolunun üç yerdən qırıldığı müəyyənləşib. Soydaşımız döyülmə faktı ilə əlaqədar polisə müraciət edib, faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv