Keniyada prezident seçkilərinin nəticələri açıqlandı və iğtişaşlar başladı
Keniyanın paytaxtı Nayrobi şəhərində kütləvi iğtişaşlar başlayıb. APA TV-nin məlumatına görə, buna ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinin açıqlanması səbəb olub.
Keniyanın hazırkı prezidenti Uhura Keniata ikinci müddətə dövlət başçısı seçilib. Seçkilərdə 54% səs toplayan U. Keniata rəqibi, sabiq baş nazir Railu Odinqunu (44%) qabaqlayıb.
Yüzlərlə polis əməkdaşı ictimai asayişi təmin etməyə çalışsa da, şəhərin müxtəlif ərazilərində atəş səslərinin eşidildiyi bildirilir.
Qeyd edək ki, beynəlxalq müşahidəçilər seçkilər prosesində kobud pozuntu hallarının olmadığını təsdiqləyiblər.