Moskvada AZƏRBAYCANLININ 2.7 MILYON DOLLARINI belə oğurladılar - REAL VİDEO

Moskvanın “Şeremetyevo” aeroprotunda İstanbul reysi ilə gələn sərnişinin 2,7 milyon dollarının qarət olunması hadisəsinə dair yeni təfərrüatlar məlum olub. “Life news”un məlumatına görə, Türkiyədən gələn Azərbaycan vətəndaşına hücum edən qrupda on nəfər olub. Kamuflyaj və maskada olan şəxslər VİP zonanın qarşısında gələn sərnişini gözləyən cangüdənlərə polis olduqlarını deyib və müvafiq vəsiqə göstəriblər. Cangüdənlərdən onlarla gəlməyi tələb edən maskalılar daha sonra onları mikroavtobusa mindirərək qollarını qandallayıblar. İstanbuldan pulla dolu çemodanla gələn sərnişini dəstənin 8 üzvü qarşılayıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin və Mərkəzi Federal Dairəsinin mətbuat xidmətləri məlumat verib.

 

Şahid ifadələrindən müstəntiqlərə cinayətkarların istifadə etdikləri avtomobilin nömrəsini aydınlaşdırmaq mümkün olub. Şəhərdə “Saxlama” əməliyyatı elan olunub. Avtomobil sahibinin isə yaxın saatlarda polis idarəsinə ifadəsi alınmaq üçün dəvət olunacağı bildirilir. Hadisəyə görə artıq quldurluğa görə cinayət işi də qaldırılıb. Basqına məruz qalmış 31 yaşlı azərbaycanlı Zaur Qədimovun ifadəsinə görə, 6 kamfulyajlı formada və maska taxmış şəxslər ona D terminalının girişində hücum ediblər. Avtomat silahlarla ona hədə-qorxu gələrək onu tünd göy rəngli “Sobol” avtomobilinə mindirib və ərazidən çıxarıblar. Orda içərisində 2 milyon 700 min dollar olan çantanı onun əlindən alıb, yolun ortasında avtomobildən atıblar.

 

Zaur Qədimov külli miqdarda pulla gəldiyindən çəkindiyi üçün hava limanına özəl mühafizə sifarişi verib. O, pulu gömrükdən qanuni yolla keçirib.
 

Bu yaxınlarda Şeremetyevo aeroportunda daha bir soyğunçuluq hadisəsi baş vermişdi. Bişkekdən gələn Vyaçeslav Zapryaqayevin 1 milyon 600 mini əlindən alınmışdı. Zərəçəkən bu pulları Moskvada mənzil alması üçün yığdığını demişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv