Bolt "sarvat" oldu - DAHA QAÇMAYACAQ
Qaçış üzrə səkkizqat olimpiya, 11 dəfə dünya çempionu, 100 və 200 metrlik məsafəyə qaçış üzrə dünya rekordçusu olmuş Useyn Bolt karyerasını bitirib.
APA TV-nin BBC-yə istinadən məlumatına görə, bu barədə özü açıqlama verib:
"Çox təəssüf ki, mən getməliyəm. Həm azarkeşlər, həm də böyük idmanla vidalaşıram. İndiyədək idmanla vidalaşdıqdan sonra geri qayıdaraq özlərini rüsvay edən xeyli idmançı görmüşəm. Mən isə bu addımı təkrar etməyəcəm" - deyə, U. Bolt bildirib.