Üç uşaq atası bədbəxt hadisə nəticəsində öldü - CƏRƏYAN VURDU
Astarada üç uşaq atasını cərəyan vuraraq öldürüb.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Siyətük kəndində qeydə alınıb.
Kənd sakini, 33 yaşlı Fərmail İmaməliyev atasının avtomobilini yumaq üçün su nasosunu işə salıb. Ehtiyatsız davranan Fərmaili cərəyan vurub. Dərhal yaralı yaxınları tərəfindən Astara Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Onun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.