Türkiyədə kran mikroavtobusun üstünə düşdü: 8 ölü, 15 yaralı
Türkiyənin Ağrı vilayətində ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Palandökən kəndi ərazisində qeydə alınıb.
Ağır tonnajlı yük maşının daşıdığı qaldırıcı kran mikroavtobusun üstünə düşüb.
Qəza nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.