BAKIDA QULDURLUQ EDƏN üç nəfər həbs olundu
Bakıda quldurluq edən 3 nəfər tutulub. Füzuli rayonundan Bakıya gələn üç dost özlərinə asan qazanc yolu tapıb. Şəhərdə kafelərin birində yeyib-içərkən onlardan Ruslan Səfərov asan pul qazanmağın yolunu təklif edib. İçkili vəziyyətdə olan dostlar gecə saatlarında qarşılarına çıxan şəxsi taxta ilə hədələyərək pulunu və 2 ədəd mobil telefonunu alaraq qaçıblar.
Saxlanılan Şamxal Məmmədov Bakıya iş tapmağa gəldiklərini deyib.
Nərimanov Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər - əvvəllər məhkum olunmuş Ruslan Səfərov, Şamxal Məmmədov və İlkin Eyvazov tutulublar. APA TV-nin xəbərinə görə, Hazırda həmin şəxslərin digər cinayətlərdə iştirakını olub olmadığı araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.