Səudiyyə şahzadəsi Bodrumda istirahət edir
Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid bin Talal istirahət üçün Türkiyənin Bodrum qəsəbəsinə gəlib. Şahzadə və ailəsini Türkiyəyə şəxsi təyyarə gətirib. Əl-Valid bin Talal istirahətinin ilk günündə cangüdənləri ilə birlikdə Bodrumda velosiped sürüb.
Daha sonra Səudiyyə şahzadəsi və onu müşayiət edənlər qaldıqları beşulduzlu lüks otelə qayıdıblar. Bunun ardınca şahzadə özəl yaxtaya gedib və jet-ski sürüb. Üzərində helikopterin də olduğu meqa yaxtanın ətrafında qayıqlar təhlükəsizlik üçün növbə çəkib.