Ər-arvad DƏM QAZINDAN BOĞULUB öldü

Azərbaycanda dəm qazı ailə faciəsinə səbəb olub. Tərtər Rayon Polis Şöbəsindən APA-TV-yə verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Kəlbəcər rayonundan olan məcburi köçkünlər – 1955-ci il təvəllüdlü Aşır Cəfər oğlu Əsədov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Cahan Tariyel qızı İmanova yaşadıqları evdə dəm qazından boğularaq ölüblər. Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv