Çindən ABŞ-a xəbərdarlıq: CAVAB TƏDBİRLƏRİ GÖRƏCƏYİK
"Donald Trampın ticarət sanksiyalarına cavab verməyə hazırıq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlama Çinin Kommersiya Nazirliyindən verilib.
Nazirlikdən həmçinin ABŞ-ın çoxtərəfli ticarət anlaşmalarına hörmətsizlik edəcəyi təqdirdə rəsmi Pekinin buna səssiz qalmayacağı, cavab tədbirlərinin görüləcəyi qeyd edilib.
Xatırladaq ki, avqustun 14-də Ağ Ev rəhbəri Şimali Koreya tərəfindən Amerika şirkətlərinin hüquqlarının pozulmasına dair araşdırma aparmağı tapşırıb. D. Tramp eyni zamanda Çin ilə ədalətli ticarətin təmin olunmasına göstəriş verib.
Qeyd edək ki, ABŞ-ın Pekinlə bağlı mövqeyi Tramp administrasiyasının Çinin Şimali Koreyanın nüvə proqramına yetərincə təzyiq göstərmədiyi barədə bəyanat verməsilə dəyişib.