Həmsədr: "Ümidvarıq ki, prezidentlər danışıqları bərpa edəcəklər"
“Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər”.
Bu fikirləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. "Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər" , - deyə o, bildirib.
Riçard Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib.