Qarabağ müharibəsi qazilərinə yeni mənzillər verildi
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi (ƏƏSMN) tərəfindən Qarabağ müharibəsi iştirakçılarına Sabirabad və İmişlidə fərdi yaşayış evlərinin orderləri təqdim edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, nazirlik tərəfindən Sabirabadda və İmişlidə inşa olunan 5 fərdi yaşayış evinin orderləri Qarabağ müharibəsi iştirakçılarına və müharibədə əlil olmuş şəxslərə təqdim olub.
Orderlərin təqdim olunma mərasimində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə, fondun digər rəsmiləri və Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.