Qazaxda tövlə yandı, bir baş heyvan tələf oldu
Qazaxda tövlə yanıb, içindəki iribuynuzlu heyvan isə tələf olub. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kosalar kəndində baş verib.
Tarzan Hüseynova məxsus təsərrüfatda yaranan qəfil alovun miqyası tezliklə böyüyüb. Hadisə yerinə dərhal FHN-nin Qazax rayon Yanğından Mühafizə Briqadası cəlb olunub. Alov söndürülsə də tövləyə ciddi ziyan dəyib. Kənd sakinin bir baş iri buynuzlu heyvanı da tüstüdən boğularaq tələf olub. Tövlənin yaxınlığındakı 5 ton ot bağlaması yanaraq külə dönüb.
Hadisənin baş vermə səbəbi araşdırılır.