İspaniya Superkubokunu “Real” qazandı - 10-CU DƏFƏ
Madrid “Real”ı İspaniya Superkuboku uğrunda cavab oyununda “Barselona”nı 2:0 hesabı ilə məğlub edib. Oyun Madriddə keçirilib.
Qarşılaşmanın 4-cü dəqiqəsində hesabı Marko Asensio açıb. 39-cu dəqiqədə isə Kərim Benzema “Real”ın üstünlüyünü iki topa çatdırıb. Bu, oyunda vurulmuş sonuncu qol olub.
Komandalar arasında avqustun 13-də Barselonada keçirilən oyun da “Real”ın 1:3 hesablı qələbəsi ilə başa çatmışdı.
Beləliklə, “Real” tarixində 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub. Komanda sonuncu dəfə Superkuboku 5 il əvvəl qazanmışdı.