Səudiyyə kral sarayında daha bir şahzadə öldü - MÜƏMMA DAVAM EDİR
Səudiyyə Ərəbistanında şahzadə dünyasını dəyişib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, kral ailəsinin nüfuzlu şəxslərindən Bəndər ben-Fəxd ben-Saad ben Abdel Rəhman əl-Səud qəflətən vəfat edib.
Fakt kral dəftərxanası tərəfindən təsdiqlənib. Dəfn mərasimi bu gün keçiriləcək.
Xatırladaq ki, bu, Səudiyyə Ərəbistanında 2017-ci ildə üçüncü şahzadə ölümüdür. May ayında 90 yaşlı Maşaal ben-Abdel Aziz, iki ay əvvəl isə 26 yaşlı şahzadə Salman ben-Saad ben-Abdalla ben-Turki Əl-Səud vəfat edib.