Bakıda külək əsəcək, rütubətlilik yenidən artır
Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 23-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26,Türkan,
Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti təşkil edəcək.
Avqustun 21-dək Abşeron yarımadasında bəzi saatlarda havada rütubətliyin bir qədər çox olmasına baxmayaraq, sabit hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37,
dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.