"Hizbullah" Suriya ərazisindəki İŞİD mövqelərinə hücuma keçib
"Hizbullah" qruplaşması İŞİD-in Suriyadakı mövqeyinə hücum edib.
APA TV-nin "Al-Manar" telekanalına istinadən mətbuatına istinadən məlumatına görə, qruplaşma İŞİD-in Livan sərhədindəki mövqeyini hədəfə alıb.
Bundan əvvəl isə "Reuters" agentliyi Livan ordusunun Suriya sərhədində İŞİD-ə qarşı əməliyyata başladığı barədə məlumat yayıb.
Livan hərbçiləri əməliyyatın Suriya ordusu ilə koordinasiya edilmədiyini yazıb.
Qeyd edək ki, İŞİD son günlər Suriyada ciddi məğlubiyyətlərə məruz qalır.