Rəsmi Pxenyan: Nüvə təhdidimiz yalnız Vaşinqtona yönəlib
"Pxenyanın nüvə təhdidi yalnız Vaşinqtona qarşı yönəlib, bu təhdidin digər ölkələrə heç bir aidiyyəti yoxdur". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanat Şimali Koreyanın hakim partiyası tərəfindən səsləndirilib.
Bununla belə əlavə edilir ki, müharibənin başlayacağı təqdirdə nüvə silahı yalnız ABŞ-ın yanında Pxenyana qarşı hərəkətə keçəcək ölkələrə qarşı da istifadə ediləcək.
Bəyanatda həmçinin Şimali Koreyanın nüvə potensialının inkişafını şəffaf şəkildə inkişaf etdirdiyi də bildirilir. Bu prosesin gizli aparılması ABŞ-ın uydurması kimi dəyərləndirilir.
Dünyanın tanınmış nəşrlərində Pxenyanın bu açıqlamaları bölgədə yaranmış müharibə təhlükəsini zəiflətmək məqsədilə səsləndirdiyi bildirilir.