Ermənilər işğaldakı ərazilərimizdə yenə yanğınlar törədib
Ötən gecə ermənilər işğal etdiyi Azərbaycan ərazilərində yenidən yanğınlar törədib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, erməni hərbiçilər Ağdamın işğal altında olan Kəngərli kəndi, Gülçülük sovxozu və Uzundərə adlanan ərazidə törətdiyi yanğın cəbhəyanı kəndlərindən açıq-aydın müşahidə olunub.
Hazırda da alovun tüstüsü müşahidə olunmaqdadır.