ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşub, itkin düşənlər var
ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşub, 10 nəfər itkin düşüb.
APA TV-nin məlumatına görə, Malayziya sahilləri yaxınlığında "John S. McCain" hərbi gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir.
Bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.
"Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb" - вунэ, məlumatda deyilir. Esmines Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən "Alnic MC" adlı gəmi ilə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.