Ruslar 200 İŞİD-çini öldürdü
"Rusiya aviasiyası Suriyada 200 nəfərə yaxın İŞİD terrorçusunu məhv edib".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya Hərbi Kosmik Qüvvələrindən belə bir açıqlama verilib.
Rəsmi məlumatda hücumun terrorçuların Deyr-əz-Zor əyalətində hərəkətdə olan maşın karvanına edildiyi qeyd olunub.
20 avtomobildən ibarət karvanın İŞİD qruplaşmasının Suriyadakı sonuncu dayaq nöqtəsinə xeyli sayda iri kalibrli silah-sursat, tank və digər zirehli texnika daşıdığı məlum olub.
Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi bununla bərabər Əl-Kder əyalətindəki əməliyyatın kadrlarını da yayıb.