İranda 5.7 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ

İranın Buşəhr vilayətində baş vermiş 5.7 bal gücündə zəlzələ nəticəsində 8 nəfər ölüb, 65 nəfər yaralanıb. APA TV-nin “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ölən, yaralanan və xəsarət alanlar arasında qadın və uşaqlar da var. Ümumilikdə yüngül xəsarətlər almış 140-dan çox insana ambulator yardım göstərilib. Təbii fəlakət əsasən Borozcan, Dəştestan, Abpəxş və Səədabad şəhərlərinə ciddi ziyan vurub. Bəzi evlərin divarları uçub, bəzilərinin divarlarında çatlar əmələ gəlib. Ümumillikdə 255 mənzil zədələnib, kommunikasiya xətləri və digər infrastrukturlara ciddi ziyan dəyib. Yerli camaat küçə və meydanlarda gecələmək məcburiyyətində qalıblar. Çünki indiyədək 11 aftoşok qeyd alınıb və onlardan də ən böyüyü 3.8 bal gücündə olub. 

 

Gürcüstanda da  3,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Gürcüstan seysmoloji xidmət mərkəzindən məlumat verilib. Mərkəzin verdiyi məlumata görə, yeraltı təkanlar Gürcüstanın Kaxeti (Şərqi Gürcüstan) bölgəsində Qudcareti kəndindən 13 km aralıda hiss olunub. Ümumilikdə Kaxeti bölgəsi seysmoaktiv ərazi hesab olunur.

 

Müəllif | Apa.Tv