İsmail Serageldin: "Qarabağ problemi BMT çərçivəsində həll olunmalıdır"
"Dağlıq Qarabağ probleminin həllinə silah deyil, dialoq yolu ilə nail olunmalıdır".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib: "Bu problem istisnasız BMT çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, tərəflər nəzakət göstərərək müharibəni dayandırıb, fikir ayrılıqlarını yalnız dialoq və diplomatiya yolu, beynəlxalq hüquq normaları, eləcə də BMT-nin qətnamələri çərçivəsində aradan qaldırmalıdır".
İsmail Serageldinin fikrincə müharibə heç bir halda həll yolu ola bilməz.