VİLNÜS SAMMİTİ başladı

Litvanın paytaxtı Vilnüsdə “Şərq tərəfdaşlığı” sammiti başlayıb. Bu sammitdə Ukrayna ilə assosiasiya sazişinin imzalanacağı gözlənilirdi. Lakin Kiyev son anda sazişi imzalamaqdan imtina etdi. Avropa ölkələrinin liderləri təəssüflərini gizlətmirlər. Lakin vurğulamaqda davam edirlər ki, Ukrayna üçün Avropa Birliyinin qapıları açıqdır.

 

APA TV-nin xəbərinə görə, İsveçin xarici işləri Karl Bildt bildirib ki, Ukrayna istənilən vaxt sazişi imzalaya bilər: “Qapımız açıqdır. Biz demişik ki, təklif masadadır. Nə vaxt prezident Yanukoviç hazır olsa və ya Ukraynada bu addımı atmağa siyasi iradə yaransa, buyursunlar. Avropa Birliyi hazırdır”.

Avropanın Yanukoviçdən incikliyi yumşalıb. Təkcə “Şərq tərəfdarlığı” layihəsinin vacib geosiyasi əhəmiyyət daşıyan Polşa və Baltikyanı ölkələr narazıdırlar.

 

Polşalı deputat Yatsek Sariuş-Volski deyib ki, vaxt gələcək, Ukraynada cəmiyyətin geniş dəstəyinə malik Avropa meylli prezident olacaq. Onun fikrincə, Avropa 2015-ci il seçkilərinə qədər gözləməlidir.

Vilnüsün mərkəzində, “Şərq tərəfdaşlığı” sammitində iştirak edən dövlət, hökumət və nümayəndə heyəti başçıları qeyri-rəsmi işçi naharın verildiyi sarayın qarşısında Ukraynanın Avropaya iteqrasiyası tərəfdarları toplaşıblar. Onlar şüarlar və plakatlarla Yanukoviçi Avropa Birliyi ilə saziş imzalamağa çağırıblar.

 

Beləliklə, bu dəfəki sammitdə Ukraynanırn assosasiya sazişinə imzalaması şansı sıfıra bərabərdir. Lakin zirvə toplantısında Ukrayna məsələsi öndə olacaq. Avropa rəhbərləri bəyan edirlər ki, gələcəkdə də Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv