ABŞ Rəqqanı bombaladı: 80 ÖLÜ
ABŞ aviasiyası Rəqqa şəhərinə hava zərbələrini davam etdirir. Suriyanın dövlət agentliyi hava hücumu nəticəsində ən azı mülki şəxsin öldüyü barədə məlumat yayıb. Bombardman zamanı yaşayış binalarına və şəhər infrastrukturuna ciddi ziyan dəyib. Suriyanın insan haqları təşkilatları isə şəhərin bombalanması nəticəsində 42 nəfərin öldüyünü bildirirlər. Onlardan 19 nəfəri azyaşlı uşaqdır. Ümumilikdə isə Rəqqanın İŞİD terrorçularından təmizlənməsi əməliyyatı zamanı ölənlərin sayı 170 nəfərə çatıb.