Ukrayna prezidenti: "RUSİYANIN QARŞISINDA TƏK QALMIŞAM...”

Ukrayna prezidenti Viktor Yanukoviçin Vilnüsdə Litva prezidenti Dalya Qribauskayte və Almaniya kansleri Angela Merkel ilə ayaqüstü söhbətinin videosu yayılıb. Dövlət və hökumət başçılarının naharından əvvəl çəkilən videoda Dalya Qribauskaytenin Viktor Yanukoviçi assosiasiya sazişini imzalamaq üçün dilə tutduğu görünür. Lakin Yanukoviç cavab verir ki, artıq hökumətin bu barədə qərarı var. Söhbətə Angela Merkel qoşulduqdan sonra Yanukoviç ona Ukraynanın iqtisadi durumunun ağırlığından danışır: “Mən istəyirəm ki, siz məni başa düşəsiniz. Mən 3,5 ildir təkəm. Çox güclü Rusiya ilə qeyri-bərabər şəraitdə tək qalmışam...”

 

İsveçin xarici işlər naziri Karl Bildt də özünün “Twitter” səhifəsində yazıb ki, Ukrayna Avropa Birliyi ilə saziş imzalanmasını Rusiyanın təzyiqi ilə təxirə salıb.

 

Müəllif | Apa.Tv
Apa.tv