Rusiya səfirinin meyiti tapıldı
Rusiyanın Sudanda fövqəladə və səlahiyyətli səfiri Mirqayas Şirinskinin meyiti tapılıb. APA TV-nin məlumatına görə, meyit səfirin Hartumdakı iqamətgahındakı hovuzda aşkarlanıb. Səfirin ölüm səbəbləri hələlik dəqiq məlum deyil. İlkin ehtimallara görə, o, ürək çatışmazlığından vəfat edib.
Mirqayas Şirinskinin avqustun 23-də öldüyü bildirilir. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, səfirin ölümünün dəqiq səbəbləri barədə səfirliyin əməkdaşlarından ətraflı məlumat alındıqdan sonra açıqlama veriləcək.
Sudan Xarici İşlər Nazirliyi səfir Mirqayas Şirinskinin vəfatı ilə əlaqədar başsağlığı verib. Qeyd edək ki, Mirqayas Şirinski 2013-cü ildən Sudanın Rusiyadakı səfiri vəzifəsini icra edirdi.