"Qarabağ" "Çelsi"yə qarşı - TƏQVİM AÇIQLANDI
Çempionlar Liqasının qrup mərhələsinin təqvimi açıqlanıb. APA TV-nin məlumatına görə, C qrupunda yarışacaq “Qarabağ” mübarizəyə Londonda “Çelsi” sınağı ilə başlayacaq.
Belə ki, 1-ci tur çərçivəsində "Çelsi" ilə qarşılaşma sentyabrın 12-də baş tutacaq.
İlk ev oyununda isə rəqib “Roma” olacaq. Sentyabrın 27-də komandamız İtaliya komandasını qəbul edəcək.