Ticarət mərkəzlərində OĞURLUQ EDƏN QADIN YAXALANDI
Nizami polisi ticarət mərkəzlərində qarışıqlıqdan istifadə edərək oğurluq edən Şahbuz rayon sakini Salmanova Könül Əbülfəz qızını şübhəli şəxs qismində saxlayıb. Qadın əsasən, əməllərini Xalqlar Dostluğu ticarət mərkəzində törədib. APA TV-nin xəbərinə görə, araşdırma zamanı məlum olub ki, Salmanova 3 ayda 2 dəfə eyni üsulla oğurluq edib.
İstintaq hesab edir ki, bu Könül Salmanovanın sonunçu əməli deyil. Xırda oğurluqla məşğul olduğundan zərərçəkənlər polisə müraciət etməyi vacib saymayıblar. Bundan ilhamlanan qadın təkrar-təkrar oğurluqlar törədib. Sonuncu dəfə yenə eyni təcarət mərkəzinə gələn zaman polislər tərəfindən saxlanılıb.
Faktla bağlı Nizami rayon polis idarəsinin istintaq şöbəsində 177-ci (oğurluq) maddəsi ilə cinayət işi acılıb.